13 may Azərbaycanın dünyaca məşhur bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918–1982) anım günüdür.
Bəstəkarın vəfatının 44-cü ildönümündə mədəniyyət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək onun xatirəsini yad ediblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxışında Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətində müstəsna yer tutduğunu bildirib. Qeyd edib ki, bəstəkarın zəngin yaradıcılığı milli musiqi ənənələrini müasir dünya musiqisi ilə uğurla sintez edərək yeni bir məktəbin formalaşmasına səbəb olub.
Əməkdar incəsənət xadimləri, professorlar Elnara Dadaşova, Gülnaz Abdullazadə, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Əməkdar incəsənət xadimi, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov sənətkarın irsindən söz açıblar.
Qeyd olunub ki, Qara Qarayevin yaradıcılığı dərin fəlsəfi məzmunu, yüksək peşəkarlığı və yenilikçi yanaşması ilə seçilir. Onun zəngin irsi gələcək nəsillər üçün mühüm məktəb olaraq qalır. Böyük bəstəkarın xatirəsi daim ehtiramla anılır, onun əsərləri yaşadıqca adı da Azərbaycanın mədəniyyət tarixində əbədi yaşayacaq.























