Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Sənət dialoqu” layihəsi davam edir. Layihə çərçivəsində mayın 19-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova ilə görüş təşkil olunacaq.
Mərkəzdən bildirilib ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbirdə Gülyaz Məmmədovanın sənət yoluna nəzər salınacaq, həmçinin xanəndə musiqi və incəsənət məktəblərinin şagirdlərinə ustad dərsi keçəcək.
“Sənət dialoqu” layihəsinin məqsədi tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin müəllim və şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi, onların yaradıcılıq potensialının stimullaşdırılmasıdır.



















