M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan musiqisinin parlaq simalarından olan Tofiq Quliyevin yaradıcılığına həsr edilmiş konsert proqramı təqdim olunub.
Filarmoniyadan bildirilib ki konsertdə Mustafa Aşurovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Proqramda Tofiq Quliyevin kino musiqisi, romansları və estrada nümunələri yer alıb. “Görüş”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qaynana”, “Telefonçu qız”, “Ögey ana” kimi məşhur filmlərdən mahnlılar alqışlarla qarşılanıb.
Solistlər Ülkər Əliyeva, Nurlana Abdullayeva, Xəyyam Nisanov, Hidayət Əliyev, Nigar Cəlilova, Səma Həmzəyeva, Günel Hacıyeva, Nərgiz Kərimova, Elmira Rəhimova, Cəlal Kərimov, Nihad Orucov, Fərid Əliyev, Atəş Qarayev (müğənni və vokalçılar), Rəvanə Qurbanova (xanəndə), eləcə də Fəhmin Əhmədli (piano), Rəvan Mustafazadə (tar), Seymur Həsənsoy (qarmon) ifaları ilə proqramı zənginləşdiriblər.



























