Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində bir qrup özbək tələbə ölkəmizə gəlib.
Özbəkistanlı gənclər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Bu barədə muzeydən məlumat verilib.
Tələbələrlə görüşən muzeyin direktoru akademik Rafael Hüseynov onlara Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrindən söz açıb, gəncləri maraqlandıran sualları cavablandırıb.
Qonaqlara Ədəbiyyat Muzeyinin nəşrləri hədiyyə edilib.






















