8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam şəhərindəki Muğam Mərkəzində konsert keçirilib.
Konsertdə Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi – Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və solistlər çıxış edib.
Tədbir Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarə etdiyi konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ifa edilib.
Konsertdən sonra Ağdam şəhərində atəşfəşanlıq olub.





















