Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyası ilə birgə "Zəfər yolu" adlı sərgi açılıb.
Sərginin açılışında 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin xalqımızın birliyinin, sarsılmaz iradəsinin və gücünün təcəssümü olduğu vurğulanıb. Qeyd olunub ki, bu tarixi Zəfər Azərbaycan xalqının milli ruhunun və dövlətimizin qüdrətinin bariz göstəricisidir.
Sərgidə İncəsənət gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin qəhrəmanlıq, vətənpərvərlik və zəfər mövzularını əks etdirən əl işləri nümayiş etdirilir.
Bülbülün Memorial Muzeyində "Zəfər yolu" sərgisi 16 noyabr tarixinədək davam edəcək.





















