Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov ölkəmizdə səfərdə olan Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə “Bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Abdullah Eren TİKA-nın fəaliyyəti barədə məlumat verib, birgə layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Söhbət zamanı həmçinin I Türkoloji Qurultayın 100 illiyi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.