Oktyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqi kollektivlərinin inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, milli musiqi və folklor janrının inkişafıdır.

Müsabiqədə Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klubların özfəaliyyət kollektivləri iştirak ediblər.

Çıxışlar münsiflər heyəti tərəfindən müvafiq nominasiyalar üzrə qiymətləndirilib.

Qeyd edək ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və yekun konsertin oktyabr ayının sonunadək keçirilməsi nəzərdə tutulub.

Qaliblər fəxri fərman və pul mükafatına layiq görüləcəklər.