Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin (1885–1948) anadan olmasının 140-cı ildönümü və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə seminar dərs keçirilib.

Musiqi sənəti kafedrasının baş müəllimi Sevda Axundovanın keçdiyi seminarda BXA-nın tam orta təhsil pilləsinin müəllim və şagird heyəti iştirak edib.

S.Axundova dahi bəstəkarın həyat yolundan danışıb və Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında müstəsna xidmətlərindən bəhs edib.

Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Dərs çərçivəsində S.Axundova bəstəkarın bir sıra əsərlərindən parçaları fortepianoda ifa edib.