Sentyabrın 16-da Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ADA Universiteti ilə kitabxana mübadiləsi və birgə əməkdaşlığa dair görüş keçirilib.
Bu barədə BXA-dan məlumat verilib.
Görüşdə BXA-nın rəhbərliyi, ADA Universitetinin Kitabxana və informasiya xidmətləri departamentinin nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi ali təhsil ocaqlarının kitabxanalararası kitab mübadiləsi, rəqəmsal informasiya resurslarının paylaşılması və elmi, tədris və mədəni sahələrdə əməkdaşlığı gücləndirmək, eləcə də birgə layihələrin həyata keçirilməsinə zəmin yaratmaqdır.
Qonaqlar BXA-nın kitabxana mərkəzi, dərs otaqları, ümumi akademiya ilə tanış olub, rəqs dərsində iştirak ediblər.



















