"Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günüdür. 

Bu münasibətlə oktyabrın 14-də Astara rayon Heydər Əliyev Mərkəzində (Lənkəran-Astara RMİ) “Füzuli Şəhəri Günü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, oktyabrın 17-də xalqımız Füzuli şəhərinin işğaldan azad edilməsinin beşinci ildönümünü qeyd edir. Qeyd edib ki, bu gün 2020-ci ilin Vətən müharibəsində Ordumuzun qazandığı şanlı zəfərlərdən biri kimi tariximizə yazılıb.

Mərkəzin bələdçisi Cəmalə Məmmədova mövzu üzrə məruzə ilə çıxış edib.

“17 oktyabr Füzuli Şəhəri Günüdür”adlı qısa sənədli film nümayiş olunub.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzindəki rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

 Nurəddin