Milli Kitabxanada “17 oktyabr – Füzuli Şəhəri Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Füzuliyə Böyuk Qayıdışın təmin edilməsi, 2020-ci ilin Vətən müharibəsi və tarixi Zəfəri əks etdirən kitablar, məqalələr və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə Füzuli şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.