Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şirvan şəhər Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyinə həsr olunan dəyirmi masa təşkil olunub.
"Böyük şair, dramaturq, "İstiqlal" ordenli Bəxtiyar Vahabzadə" adlı tədbirdə mədəniyyət işçiləri, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı, mənalı ömür yolu və Azərbaycan ədəbiyyatında tutduğu mühüm yer barədə ətraflı söz açıblar. Bildirilib ki, onu Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlər şeirlərindəki səmimilik, vətənə sonsuz sevgi və xalq dilinə olan yaxınlıqdır.
Məktəblilər şairinin sevilən şeirlərini qiraət ediblər.
Sonda Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
Nurəddin