Oktyabrın 10-da Naxçıvanda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə və Naxçıvan Dövlət Filarmoniyasına yeni musiqi alətlərinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov və Əhməd Cavid adına 6 nömrəli İncəsənət məktəbinin müəllimi Ülviyyə Nəcəfova çıxış ediblər.
Çıxışlarda ölkəmizdə mədəniyyət sahəsinin inkişafından danışılıb, bu sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edilib.
Sonra yeni musiqi alətləri ilə tanışlıq olub.