
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində 2020-ci ilin Vətən müharibəsində şanlı qələbənin beşinci ildönümünə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi keçiriləcək.
Qalereyadan verilən məlumata görə, rəsm sərgisi 44 günlük müharibədə qazanılmış tarixi Qələbəni, qəhrəman şəhid və qazilərimizin şücaətini, eləcə də milli birliyimizi təsviri sənət vasitəsilə ifadə etmək məqsədilə təşkil olunacaq.
Peşəkar və gənc rəssamlar Zəfər mövzusunda hazırladıqları qrafika, rəngkarlıq və plakat janrlı əsərləri ilə sərgidə iştirak edə bilərlər.
İştirak etmək istəyən rəssamlar əsərin fotosu, ölçüsü, müəllifin adı, soyadı, əlaqə nömrəsi ilə birgə məlumatları z.qahramanova@medeniyyet.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 25 oktyabr 2025-ci il
Əlaqə üçün: 0704935431
#8noyabr #zəfərgünü #qələbə #azgalleryaz #azerbaijan