Sentyabrın 30-da Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.

Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində (Şəhriyar adına Mədəniyyət Mərkəzi) təşkil olunub.

Qeyd edək ki, sentyabın 29-da vəfat etmiş Cabir İmanov 2018-ci ildən bu mədəniyyət müəssisəsinin direktoru idi.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cabir İmanov “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.