bünövrəsini qoymuş dahi bəstəkar, pedaqoq, publisist Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü (18 sentyabr) münasibətilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, ictimai xadim Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından bəhs edib.

Bildirib ki, Ü.Hacıbəyli parlaq bədii dühası sayəsində Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verib, novator sənətkar kimi milli musiqi xəzinəsini yeni forma və janrlarla zənginləşdirib. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan görkəmli şəxsiyyətin milli musiqimizdə köklü dönüş yaratmış dahi olduğunu diqqətə çatdıran alim Üzeyir Hacıbəyli musiqisinin Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini mükəmməl şəkildə əks etdirdiyini vurğulayıb.

Sonra məruzələr dinlənilib.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix dosent Nigar Babaxanova, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri dosent Nailə Səmədova, şöbənin böyük elmi işçisi Aytən İmanova və elmi işçisi Xanımbacı Məlikzadə, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla mövzuya uyğun məruzələrində Üzeyir Hacıbəyli, həmçinin onun ən yaxın sənət dostu Müslüm Maqomayev ilə bağlı arxiv materiallarından, musiqi əsərlərinin əlyazma nüsxələrindən bəhs edib, Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktları diqqətə çatdırıblar.

Tədbirin sonunda institutun kitabxanası və Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Üzeyir Hacıbəyli – 140” adlı sərgiyə baxış olub.