Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri və səyahət blogerləri üçün şimal-qərb regionuna infotur təşkil olunub.

Agentlikdən bildirilib ki, infoturun əsas məqsədi qeyd olunan regionda aqroturizm imkanlarının geniş təbliğ olunması, son illərdə bu sahədə aparılan işlərin nümayiş etdirilməsi və yeni yaradılmış müəssisələrin tanıdılmasıdır.

İnfotur Oğuz, Şəki, Qax və Zaqatala rayonlarında istirahət-əyləncə mərkəzləri, muzeylər, balıqçılıq, arıçılıq, şərabçılıq və eko-aqroturizm təsərrüfatlarını, təbii turizmi imkanlarına malik təbiət nümunələrini əhatə edib.

Səfər iştirakçıları regionun mətbəx nümunələri ilə də tanış olublar.

Turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi və səfər olunan məkanların geniş auditoriyaya çatdırılması, təbliğat işlərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.