Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Şirvan şəhər Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885–1948) anadan olmasının 140-cı ildönümü və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə şəhər rəhbərliyi, Şirvan-Salyan RMİ-nin rəsmiləri, mədəniyyət işçiləri, musiqisevərlər iştirak ediblər.
“Üzeyir Hacıbəyli – 140” adlı rəsm və kitab sərgisinə baxış olub.
Çıxışlarda bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı misilsiz xidmətləri vurğulanıb, onun zəngin yaradıcılıq irsinin xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyi bildirilib.
Qeyd olunub ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə 18 sentyabr Milli Musiqi Günü elan edilib.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.