Milli Kitabxana “18 sentyabr  – Milli Musiqi Günü” adlı virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş bəstəkarlarımızın not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, ölkəmizin musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi, milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, milli musiqi alətləri və s. haqqında ədəbiyyatlar nümayiş olunur.