Tarixdəki olaylar

 

4 sentyabr 1804 – İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında Rusiya-İran müharibəsinin (1804–1813) növbəti döyüşü olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bundan öncə Üçmüəzzin döyüşündə (27 iyul) də İran qoşunları qalib gəlmişdi. Bununla belə, Rusiya 1805-ci ildə müharibədə üstünlüyü ələ keçirdi, Şəki və Qarabağ xanlıqlarını özünə birləşdirdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

4 sentyabr 1904 – Fransız kinorejissoru Kristian Jak (Christian-Jaque (Maudet; 1904 – 8.7.1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi),  “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.

 

4 sentyabr 1947 – Filologiya üzrə fəlsəfə doktoru, milli məktəblərdə rus dilinin tədrisi sahəsində tanınmış mütəxəssis İzzət Arif oğlu Əfəndiyev (1947 – 23.10.2023) Zaqatala şəhərində anadan olub.

 

4 sentyabr 1952 – Hind aktyoru Rişi Kapur (Rishi Kapoor; 1952 – 30.4.2020) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı” və s.

 

4 sentyabr 2003 – Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Əzizə Məmməd qızı Cəfərzadə  (29.12.1921 – 2003) vəfat edib. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.

 

4 sentyabr 2021 – Əməkdar mədəniyyət işçisi Nairə Hafiz qızı Sadıxova (21.7.1964 – 2021) vəfat edib. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini işləyib.

 

4 sentyabr 2022 – Əməkdar rəssam Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli; 19.7.1946 – 2022) vəfat edib.

 

4 sentyabr 2023 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Fəridə Ağaəli qızı Vəlixanova (21.10.1935 – 2023) vəfat edib.

 

4 sentyabr 2024 – Qazax Dövlət Dram Teatrının aktyoru Aydın Əmir oğlu Orucov (22.8.1963 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan