AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının növbəti nömrəsi çapdan çıxıb.

Yeni nömrədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Böyük sənətə yüksək qiymət”, akademik İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin “Qədim insanların genləri: insanın təkamülü və formalaşmasının şahidləri”, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər müharibəsi dövründə”, həmçinin ayrı-ayrı müəliflərin “AMEA-nın müasir inkişaf prioritetləri”, “Ofelya xanım Bağırbəyovanın xatirələri: İrəvan xan ailəsinin tarixi və mədəni irsi”, “Qarabağlı memar İbrahimxəlil” və s. məqalələri dərc edilib.

Oxucular bu nömrədə “Əlibəy Hüseynzadənin yaradıcılığında antroponimlərin təhlili”, “Ziya işığına yığışan sönməzlər”, “Bəxtiyar Vahabzadə dramaturgiyası Naxçıvan teatrında”, “Azərbaycan şərqşünaslığının görkəmli nümayəndəsi: Həsən Mahmudov-100”, “Nizami Gəncəvinin “Xəmsə”sində təbiəti mühafizə”, “Qriqori Hamama və onun “Alban dilinin qrammatikası”, “Hüseyn Cavid obrazı tablolarda”, “Azərbaycan-Qırğızıstan teatr əlaqələri”, “Çətən xalçaları” sərlövhəli məqalələrlə, “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla da tanış ola bilərlər.