Salyan Tarix-Diyarşünaslıq Muzeyində “Əllərin yaratdığı naxışlar” adlı ustad dərsi təşkil olunub.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbir Azərbaycan təsviri sənət tarixində dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyinə həsr olunub.

Ustad dərsini rəssam, bədii oyma ustası Rauf İbrahimov keçib. O, uşaqlara ilk olaraq ağac üzərində oyma sənəti haqqında məlumat verilib. Sonra uşaqlar əyani formada oyma işləri ilə məşğul olublar.

Ustad dərsi uşaqlarda milli sənətkarlıq ənənələrinə maraq oyatmaq, yaradıcı bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilib.