Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə regionlarda seçimlər davam edir.

Şəki-Zaqatala regionunda festivala 22 nöminasiya üzrə 497 məktəbli qatılıb. Festivalın seçim turları Şəkidəki Heydər Əliyev Mərkəzində keçirilir.

Münsiflər heyətinin üzvü Nərgiz Əsgərovanın sözlərinə görə, uşaqlar festivala çox böyük həvəs və maraqla, məsuliyyətlə hazırlaşıblar: "Ümid edirəm ki, festival uşaqların gələcək həyatında böyük rol oynayacaq".

Şəki-Zaqatala bölgəsi üzrə festivalın II mərhələsinin seçim turları avqustun 21-dək davam edəcək.

Xatırladaq ki, ölkəmizdə Uşaq İncəsənət Festivalı ilk dəfə 2023-cü ildə keçirilib.