Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib.
ARKA -dan bildirilib ki, görüşdə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Bakı Beynəlxalq Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və "Salam" Beynəlxalq Gənclər Film Festivalının rəhbərləri iştirak ediblər.
İştirakçılar festival fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli və xarici auditoriyaya daha effektiv çıxış yolları kimi mövzuları müzakirə ediblər.
ARKA nümayəndələri festivalların ölkəmizin kino sənətinin tanıdılması və inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların təşkilinə və həyata keçirilməsinə dəstək göstərəcəklərini vurğulayıblar.