Azərbaycan Milli Kitabxanasında kitabxananın fəxri oxucusu, Xalq yazıçısı, görkəmli dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Elçin İlyas oğlu Əfəndiyevin (13.5.1943 – 3.8.2025) xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Videoçarxda yazıçının ömür yolundan, ədəbi yaradıcılığından, ədəbiyyatşünas-alim kimi elmi fəaliyyətindən, eləcə də onun iştirakı ilə Milli Kitabxanada keçirilmiş çoxsaylı tədbirlərdən bəhs olunur.
Videoçarxa kitabxananın saytında bu linkdə baxmaq olar.