Mingəçevir Turizm Kollecində əməkdaşların peşəkar inkişafına və elmi potensialının artırılmasına diqqət və qayğı göstərilir.

Kollecin direktoru Kamal Əhmədov magistratura təhsilini davam etdirən və magistraturaya yeni qəbul olunmuş əməkdaşlarla görüş keçirib.

Görüş zamanı direktor əməkdaşları əldə etdikləri uğurlara görə təbrik edib, onların şəxsi inkişaf yolunda atdıqları bu əhəmiyyətli addımın kollecin ümumi elmi-pedaqoji mühitinə və tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini bildirib. O,  təhsilin inkişaf pillələri ilə irəliləməyin önəmini vurğulayıb və qeyd edib ki, əməkdaşların ali təhsilin növbəti pilləsində təhsil almaları bu istiqamətdə atılmış önəmli addımdır. O, gələcəkdə doktorantura təhsilinə maraq göstərən əməkdaşlara da dəstək veriləcəyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən əməkdaşlar onlara yaradılan şəraitə, göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar təhsil aldıqları sahədə biliklərini dərinləşdirərək kollecin elmi və akademik mühitinə töhfə verməyə hazır olduqlarını qeyd ediblər.