İyulun 10-da Neftçala Dövlət Rəsm Qalereyasında (Şirvan-Salyan RMİ) “Zamanı aşan baxışlar” adlı sərgi açılıb.

Sərgidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin portretləri nümayiş olunur.

Açılış mərasimində çıxış edənlər əsərlər haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, bu portretlərdə rəssamlar söz sənətkarlarının daxili aləmini, onların yaradıcılıq enerjisini əks etdiriblər.

Adil Hacıyevin "Rəsul Rza", "Mirzə İbrahimov", Əbülfəz Səmədovun "Mikayıl Müşfiq", Nurəddin Nəzərovun "Səməd Vurğun", İsmayıl Qasımovun "İmadəddin Nəsimi" və digər portretlər sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.

Sərgi üç gün ərzində baxış üçün açıq olacaq.

Nurəddin