Azərbaycan Dövlət Rəsm Qalereyası 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə uşaqlar üçün rəsm üzrə ustad dərsi təşkil edib.
Mayın 31-də Muzey Mərkəzində keçirilən tədbirin məqsədi uşaqların yaradıcı potensialının üzə çıxarılması, onların estetik zövqünün inkişaf etdirilməsi və mədəni dəyərlərin təbliğidir.
Uşaqlar yaradıcı mühitdə öz təxəyyüllərini ifadə edərək rəsmlər çəkiblər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin rəqs və musiqi performansı da tədbirə rəng qatıb.
Tədbirin sonunda iştirakçılar təşəkkürnamə ilə təltif olunublar.