Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.

Aprelin 7-də reallaşan konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir. Layihə üzrə ayda bir dəfə olmaqla konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Layihənin ilk konsertində tar, kamança və qanun alətlərində ifa edən sənətkarlar səhnəyə çıxıblar. Xalq artistləri Şəfiqə Eyvazova, Malik Mansurov, Əməkdar artistlər Təranə Əliyeva, Çinarə Mütəllimova, Vüsal İsgəndərzadə, Ələkbər Ələkbərov, beynəlxalq və respublika müsabiqələri laureatları Aysu Sadıqova, Arifə İmanova, Ayaz İmranov və Elnur Mikayılov bir-birindən maraqlı ifalarla sənətsevərlərin könlünü oxşayıblar.

Konsert tamaşaçıların alqışları ilə qarşılanıb.