Rəşid Behbudov adına Dövlət Teatrında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun (1907-1983) mahnılarından ibarət konsert proqramı keçirilib.
Konsertdən əvvəl sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək bəstakarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Gecədə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, solistlər Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, ifaçılar Ramazan Şərifzadə və Nəzrin Əliyeva bəstəkarın bir-birindən gözəl, qəlboxşayan unudulmaz mahnılarını ifa ediblər.
Gecədə solistləri Mirxalid Salayevin rəhbərliyi ilə teatrın ansamblı müşayiət edib. Konsert proqramı alqışlarla qarşılanıb.