Cəbrayıl şəhərində Novruz bayramı münasibətilə konsert təşkil olunub.Tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Cəbrayıl şəhəri, eləcə də Cocuq Mərcanlı kənd sakinləri üçün təşkil olunan konsertdə Beynəlxalq Muğam Mərkəzinin musiqiçi heyəti, tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında bayram əhvallı musiqi əsərləri səsləndirilib.
Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın şənlikdə iştirakı xüsusilə uşaqlar üçün bu günü unudulmaz edib.
Bayram konserti sakinlər tərəfindən böyük məmnunluq və alqışlarla qarşılanıb.