Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Novruz – milli birlik bayramı" adlı tədbir təşkil olunub.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, idman ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlar bədii yaradıcılıq, xalq sənətkarlığı və milli üslubda hazırlanmış əl işləri nümunələrinin sərgiləndiyi stendlərlə tanış olublar. Eyni zamanda Lənkəran Gənclər Evinin Novruz mövzusunda hazırladığı təqdimat və "Ənzəli" milli idman oyunu və digər idman növlərindəki nümunəvi çıxışlar da izlənilib.
Bayram tədbiri Novruz tonqalının alovlandırılması ilə başlayıb. Ardınca mədəniyyət işçiləri və gənclərin iştirakı ilə bədii və əyləncəli proqram təqdim olunub.
Novruzun simvolları olan Kosa və Keçəl çıxışları ilə tədbir iştirakçılarına xoş ovqat və əyləncəli anlar yaşadıblar.