Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Kürdəmirdə seçicilərlə qəbulu çərçivəsində muzeyin Xaqani Şirvani adına Aran regional şöbəsinin əməkdaşları ilə görüşüb.

Bu barədə muzeydən məlumat verilib.

Görüşdə bölgənin ədəbi-mədəni həyatında muzeyin yeri və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Aran regional şöbəsinin mövcud problemlərinin həlli istiqamətində görüləcək işlərdən söz açılıb, qarşıdakı aylarda nəzərdə tutulan ədəbi-mədəni tədbirlərin planı nəzərdən keçirilib.