Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının “Baxış - 5” festivalının açılış mərasimi olub.

Martın 4-də gerçəkləşən tədbirdə çıxış edən ATXİ sədrinin müavini Əməkdar artist Azad Şükürov ənənəvi festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, dörd gün davam edəcək festival çərçivəsində laboratoriyalarda hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.

Daha sonra festivalın ilk tamaşası – Aleksandr Puşkinin “Motsart və Salyeri” əsəri əsasında hazırlanan səhnə əsəri nümayiş olunub. Quruluşçu rejissoru Anar Atakişiyev olan tamaşada əsas rolları Əli Nurzadə və Məhəmməd Gülmalıyev canlandırıblar.