Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev 27-28 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə işgüzar səfərdə olub.
Budapeşt Sirkində olan N.Ağayev bu mədəniyyət ocağının rəhbəri Peter Fekete ilə görüşüb, iki qurum arasında yeni əməkdaşlıq münasibətləri müzakirə edilib. Söhbət zamanı yüngül konstruksiyalı sirk - şapitonun ölkəmizə gətirilməsi ilə bağlı razılıb əldə olunub.
Sonra Bakı Dövlət Sirki ilə Budapeşt Sirki arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, Budapeşt Sirk Məktəbinin Bakıda təcrübəsini bölüşməsi və digər məsələlər əksini tapıb.
Daha sonra Budapeşt Sirk Məktəbində təlim-tədris və yaradıcılıq prosesləri ilə tanışlıq olub.
Budapeşt Sirkinin direktoru Peter Fekete kollektivin ölkəmizdə sirk proqramları ilə çıxış etməsinin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.