Lənkəran Dövlət Dram Teatrı fevralın 28-də Masallı rayon Mədəniyyət Mərkəzində dramaturq Rəhman Əlizadənin eyniadlı pyesi əsasında hazırlanan "Günah" tamaşası ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Hüseynov, rejissor köməkçisi Nuranə Nəcəfovadır.
Tamaşada rolları Teymur Hacızadə, Mələykə Cəfərova, Emin Fərzullayev, Ayşən Əsədova, Əməkdar artist Sucəddin Mirzəyev, Allahverən Babayev, Rauf Zeynalov, Buludxan Buludov, Səyad Əliyev, Qızılgül Quliyeva ifa ediblər.
Tamaşada insanın etdiyi səhvlərin nəticəsi olaraq yaşadığı daxili təlatüm və vicdan əzabları ön plana çıxarılır. səhnə əsəri izləyicilər tərəfindən alqışlarla qarşılanıb.