Martın 3-də Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvlərinin sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, "Plenerdən gələnlər" adlı sərginin keçirilməsində məqsəd təsviri sənət həvəskarlarına təbiətin canlı rənglərini göstərməkdir.

Ekspozisiyada ARİ-nin üzvləri Əbdüləmi Əliyev, Süleyman Hüseynov, Əmrah Mədətov və Sabbar Manafovun yağlı boya və akvarel texnikalarında ümumilikdə 60-a yaxın etüd əsərləri yer alacaq.

Sərgi martın 5-dək davam edəcək. Giriş sərbəstdir.