logo
logo
  • Əsas səhifə
  • Xəbərlər
  • Tədbir
  • İncəsənət
    • Musiqi
    • Təsviri Sənət
  • Teatr
  • Kino
  • Bölgə
  • Yaddaş
    • Təqvim
    • İrs
    • Başsağlığı
    • Pressfakt
  • Türk dünyası
  • Turizm
  • Digər
    • Heydər Əliyev İli
    • Müsahibə
    • Ədəbiyyat
    • Arxiv
    • Sərbəst
    • “Nizami Gəncəvi İli”
    • Dünya mədəniyyəti
    • Aşıq sənəti
    • Reportaj
    • Şuşa İli
  • Haqqımızda

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  • 13-02-2025

2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.

Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2025-ci il







Bu kateqoriyaya aid digər yazılar

  • 25-02-2026

Ədəbiyyat İnstitutu Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabını nəşr edib

  • 23-02-2026

Səməd Vurğunun 120 illiyi dövlət səviyyəsində qeyd ediləcək

  • 28-01-2026

“İraq-Türkman ədəbiyyatı tarixi” nəşr olunub

Xəbərlər

    • 03-03-2026

    Hökümə Billurinin 100 illiyi münasibətilə kitab sərgisi təşkil edilib

    • 03-03-2026

    Bakı Slavyan Universitetinin Polşanın ali məktəbləri ilə əməkdaşlığı genişlənir

    • 03-03-2026

    Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

    • 03-03-2026

    Vətənə məhəbbət və milli şüur: kitabxanada maarifləndirici görüş

    • 03-03-2026

    Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olunub

    • 03-03-2026

    Beynəlxalq Muğam Mərkəzində ustad tarzən Bəhram Mansurovun yubileyi qeyd edilib

    • 03-03-2026

    Bu gün Od çərşənbəsidir

    • 02-03-2026

    Əlyazmalar İnstitutunda tələbə və gənc tədqiqatçılar üçün elmi seminar

E-qəzet (pdf)

Təqvim


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar

Arxiv

  • 20 dekabr 2024-cü il tarixli buraxılış
  • 13 dekabr 2024-cü il tarixli buraxılış
  • 6 dekabr 2024-cü il tarixli buraxılış
  • 4 dekabr 2024-cü il tarixli buraxılış
  • 27 noyabr 2024-cü il tarixli buraxılış
  • 22 noyabr 2024-cü il tarixli buraxılış

Hamısına bax

Faydalı linklər

Mədəniyyət qəzeti © 2016

Developed by www.nasirtechnologies.az