Filmə iki mükafat verilib

 

Mərakeşin Zaqora şəhərində keçirilən 9–13 dekabr tarixlərində keçirilən 18-ci Beynəlxalq Transsəhra Film Festivalında (The Trans-Saharan International Film Festival of Zagora) ölkəmiz də təmsil olunub.

Festivalın bağlanış mərasimində müvafiq kateqoriyalar üzrə qaliblər elan edilib.

Tammetrajlı filmlər arasında qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi qalib olub. Azərbaycan rejissoru Asif Rüstəmovun “Mərmər soyuğu” filmi eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında mükafat alıb.

“Mərmər soyuğu” uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Əsas rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.