Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qusar rayon komitəsi, Qusar rayon Heydər Əliyev Mərkəzi və rayon Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” (25 noyabr) ilə bağlı “Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda tədbir keçirilib.
Çıxışlarda ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
***
Qusar rayon Mədəniyyət Mərkəzində "Cəmiyyətdə qadının rolu" adlı tədbir keçirilib.
Çıxış edənlər ictimai həyatda qadınların rolundan danışıb, ölkəmizdə qadın və uşaq hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
***
Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanası “Qadına zorakılıq haqqa üsyandır” adlı dəyirmi masa təşkil edib.
Bildirilib ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən sistemli siyasət həyata keçirilir.
Daha sonra tədbir iştirakçıları “Qadına qarşı şiddətə son!” adlı sərgi ilə tanış olublar.