Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib. Yeni səhnə əsəri 21-22 iyun tarixlərində nümayiş olunub.
İkihissəli tarixi dram, Səfəvi imperiyasının yüksəliş dövründən – I Şah Abbasın hakimiyyət illərindən (1588–1629) bəhs etməklə yanaşı, eyni zamanda Azərbaycanın da içində olduğu tarixə bədii-fəlsəfi baxışdır.
Tarixin parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və dövlətin taleyi naminə amansız qərarlar qəbul etməkdən çəkinmir...
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın Mustafa Mustafayev, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə və Nəsibə Canəliyevadır.
Rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Sənan Kazımlı, Niyaz Qasımov, Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov və Yaşar Heydərli ifa edirlər.