Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan ustad Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş şair-publisist Yusif Nəğməkarın qələmə aldığı "Ələsgər zirvəsi" poemasının təqdimat və imza günü keçirilib.
Tədbirdə çıxış edən Yusif Nəğməkar bu poemanın yalnız Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir əsər deyil, eyni zamanda Azərbaycan aşıq sənətinin bütövlükdə dəyərini göstərən poetik salnamə olduğunu bildirib.
Digər çıxış edənlər Aşıq Ələsgərin söz sənətindəki mövqeyindən və poemanın dəyərindən söhbət açıblar. Qeyd olunub ki, poemada Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun ədəbi irsinin müasir dövrdə daşıdığı mənəvi dəyərlər öz əksini tapıb.
Tədbir boyu poemadan parçalar səsləndirilib, Dədə Ələsgərə həsr olunmuş şeirlər oxunub.
Sonda müəllif kitabı qonaqlar üçün imzalayıb.