AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, yazıçı-publisist Xanım Mehdixanlının (Xanımbacı Məlikzadə) rus dilindən tərcümə edərək nəşrə hazırladığı “Özbək xalq nağılları” kitabı işıq üzü görüb.

İnstitutdan bildirilib ki, nəşrdə qardaş özbək xalqının folkloruna aid, Azərbaycan dilində indiyədək çap olunmamış on dörd nağıl yer alıb. Nağıllar müxtəlif mövzuları əhatə edir.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevdir. Kitab I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.