Füzuli Dövlət Dram Teatrı avqustun 26-da Laçın Şəhəri Günü tədbirlərində iştirak edib.

Yaradıcı heyət Həkəri çayının sahilində uşaqlar üçün "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşasını təqdim edib.

Məşhur nağılın süjeti vasitəsilə uşaqlara izah olunur ki, düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Tamaşa həmçinin uşaqlara xeyirlə şərin mübarizəsi ideyasını sadə və başadüşülən formada çatdırır, yaxşılığın sonda qalib gəldiyini göstərir.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirən Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.

Laçınlı uşaqlar tamaşaya maraqla baxıblar.