Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümdə tamaşaçılara yeni səhnə əsərləri təqdim edəcək.

Teatrdan bildirilib ki, qarşıdakı mövsüm üçün nəzərdə tutulan "Alın təri", "Palata", “Pələng” və “Tamahkar” adlı dörd yeni tamaşanın hazırlıq prosesi gedir.

Yeni səhnə əsərlərinin repertuara daxil edilməsi teatrın yaradıcılıq imkanlarının genişləndirilməsi və müxtəlif yaş qruplarından olan tamaşaçıların maraqlarına uyğun repertuarın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşaların quruluşunda dekorasiya, kuklalar, musiqi, işıq və digər səhnə elementlərinin vahid bədii həll daxilində təqdim olunmasına xüsusi önəm verilir.

Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümdə həm balaca tamaşaçıları, həm də böyükləri əhatə edən repertuarını daha da zənginləşdirəcək.