Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişləri yekunlaşıb.

Agentlikdən bildirilib ki, memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunan ekran əsəri dövlət sifarişi ilə “Şahdağ Film” və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən birgə istehsal olunur

Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir.

Filmin çəkilişləri “Azərbaycanfilm” Kinostudiyasının pavilyonunda, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparılıb.

Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərovun quruluş verdiyi film hazırda postprodakşn mərhələsindədir.