Azərbaycanda rusdilli medianın tanınmış nümayəndələrindən biri, Əməkdar jurnalist Nurani (Tofiqəxanım Qasımova) 2026-cı il avqustun 22-də, 56 yaşında vəfat edib.

Tofiqəxanım Qasımova 1970-ci ildə Bakıda tanınmış jurnalistlər Fazil Qasımov və Dilbər Axundzadənin ailəsində doğulub. Ali tibb təhsili alsa da, 1992-ci ildən Nurani təxəllüsü ilə mətbuatda fəaliyyət göstərib.

"Yurddaş", "Ayna"-"Zerkalo", "Exo" qəzetlərində çalışıb. Beynəlxalq və regional mövzularda siyasi şərh və analitik məqalələri ilə tanınıb.

Son illərdə "Minval Politika" xəbər portalının redaktoru və siyasi şərhçisi olub, “Region +” jurnalında yazıları dərc olunub.

Media sahəsində bir sıra mükafatlara, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən Tofiqəxanım Qasımova "Yasamal" qəbiristanlığında valideynlərinin məzarı yanında dəfn olunub.

Allah rəhmət eləsin!