Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və kənd mədəniyyət müəssisələrinin birgə dəstəyi ilə "Ulduzlar altında film: Kənd-kənd mədəniyyət" layihəsi həyata keçirilir.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin yaydığı məlumata görə, əhalinin asudə vaxtını səmərəli və maraqlı təşkil etmək, qəsəbə və kənd yerlərində mədəni mühiti canlandırmaq məqsədi daşıyan film nümayişlərinin növbəti ünvanı Ağdaş rayonunun Qolqəti kəndi olub.

Avqustun 19-da sakinlər üçün Azərbaycan kinosunun sevilən nümunələrindən olan "Ulduz" (1964) bədii filmi göstərilib.

İnsanları mənəvi dəyərlər altında birləşdirərək mədəni istirahət bəxş edən kino axşamı böyük maraq və rəğbətlə qarşılanıb.