Qarabağ Regional Mədəniyyət İdarəsi (RMİ) tərəfindən idarənin əhatə etdiyi şəhər və rayonlarda əhalinin mədəni istirahətinin təmin olunması, asudə vaxtının səmərəli təşkili və sosial-mədəni fəallığın artırılması məqsədilə silsilə tədbirlər təşkil edilir.

Avqustun 9-da Qarabağ RMİ-nin tabeliyində fəaliyyət göstərən Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qarşısında “Nəsil-nəsil əyləncə” adlı tədbir keçirilib.

Bu barədə regional idarə məlumat yayıb.

Şəhər sakinlərinin qatıldığı tədbirdə rəngarəng musiqi nömrələri, folklor nümunələri, kitab sərgisi, müxtəlif stolüstü oyunlar, şən rəqslər və digər əyləncəli çıxışlar təqdim olunub.

***

Avqustun 8-də Qarabağ RMİ-nin tabeliyində fəaliyyət göstərən Ağdam rayon mədəniyyət müəssisələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə ifa olunan musiqi nömrələri sakinlər tərəfindən maraqla qarşılanıb.

***

Həmin gün Tərtər Rayon Mədəniyyət Mərkəzi rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında sakinlərin mədəni istirahətinin təmin olunması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı və uşaqlar üçün şahmat yarışı təşkil edib.

Regional idarə tərəfindən bu kimi tədbirlərin avqust ayı ərzində hər həftəsonu davamlı olaraq təşkili nəzərdə tutulur.